info@simmed.azNərimanov r. Əhməd rəcəbli küç 46b
Simmed pharma
Əlaqə nömrəsi+994 (012) 564 95 78
info@simmed.azfacebook

VİTABABY sirop 150ml

VİTABABY sirop 150ml

(vitamin+mineral kompleksi)
Tərkibi: Hər 5 ml-də:
Vit A…......…......…......480mkq Vit B6…......…...............1.05 mq
Vit C...…......…............….80mq Vit B12........…......…......1 mq
Vit E...….......…...............4.8 mq Dəmir........…......…....... 2.1 mq
Vit D3......…......…............5mkq Sink........…......…......... 7.5 mq
Vit B1.........…......….........0.5mq Yod.......…......…...........30 mkq
Vit B2...…......…........0.42 mcq

Xüsusiyyətləri:
VITABABY zəngin vitamin və mineral kompleksidir. Tərkibindəki A, C, D, E vitaminləri immunomodulyator, antioksidant təsir göstərir. Vitamin C iştahanı və immuniteti artırır, fiziki və neyro-pisixi inkişafı dəstəkləyir. A vitamini hipovitaminozu,dəri problemləri və görmə itiliyinin zəifləməsinə səbəb olur. B qrup vitaminlər metabolizmi yaxşılaşdırır, sinir və mədə-bağırsaq sistemləri üçün böyük əhəmiyyət daşıyır. Çatışmazlığı yorğunluq, yuxu pozğunluğu, boy inkişafından geri qalma yaradır. D vitamini kalsium-fosfor mübadiləsini tənzimləyir. Sümüklərin inkişafı və dişlərin sağlamlığı üçün vacibdir. Hipovitaminozu zamanı tərləmə, yuxu pozğunluğu baş verir, raxit inkişaf edir. Vitamin B12 və fol turşusu qanyaranmada iştirak edir. Dəmir hemoglobin sintezi üçün, sink yeni hüceyrələrin əmələ gəlməsi üçün vacibdir. Sink həmçinin antioksidant mineral kimi vacib funksiyaları yerinə yetirir. Yod qalxanvari vəzinin normal fəaliyyətini dəstəkləyir. Son tədqiqatlarda uşaqların intellektual inkişafında vacib rolu klinik təsdiq olunmuşdur.
Vitababy tərkibindəki vitaminlər sayəsində immuniteti möhkəmləndirir, dayaq-hərəkət aparatının inkişafına təkan verir, zehni iş qabiliyyətini artırır, iştahanı yaxşılaşdırır.

Göstərişlər:
- Hipo- və avitaminozların müalicə və profilaktikası
- İştahsızlıq
- Anemiya
- İmmunitetin zəifləməsi
- Müxtəlif infeksion xəstəliklərin kompleks müalicəsi
- İntensiv inkişaf dövrü (südəmər, yeniyetmə)
- Fiziki və əqli inkişafdan geri qalma
- Qurd xəstəliklərindən sonra vitaminoterapiya məqsədilə.

Qəbul qaydası:
Yaş Dozalanma Qəbul qaydası
0-2 yaş 2.5 ml 1 dəfə
2- 6 yaş 5 ml 1 dəfə
6-12 yaş 5 ml 1-2 dəfə
Böyüklər 5 ml 2 dəfə
Preparat yeməkdən sonra qəbul olunur

Əks göstəriş:
Preparatın komponentlərinə qarşı individual həssaslıq

Buraxılış forması:
VITABABY 150 ml sirop

İstehsalçı:
“APHARMA SAĞLIK ÜRÜNLƏRİ ”A.Ş, Türkiyə.