info@simmed.azNərimanov r. Əhməd rəcəbli küç 46b
Simmed pharma
Əlaqə nömrəsi+994 (012) 564 95 78
info@simmed.azfacebook

RİSİNOL 125ml sirop

RİSİNOL 125ml sirop

Tərkibi : Laktuloza - 30%

Köməkçi maddələr : Sorbitol.

İstifadəyə dair təlimat : LACTULOSE (Lactulosum). Laktuloza sintetik disaxaridlərə aiddir. Peroral qəbul edildikdə, mədə-bağırsaq traktından sorulmur . Bağırsaqlarda peristaltikanı stimullaşdırır və qəbiz-liyi aradan qaldırır. Bundan əlavə, yoğun bağırsaqda parçalanaraq hidro-gen ionlarını sərbəst buraxır, sərbəst ammiakı bağlayır. Ammonyakın qandan bağırsaqlara yayılmasını artırır və ammonyakın bədəndən xaric olunmasına kömək edir. Yoğun bağırsaqda laktuloza bifidobakterilərin çoxalmasını sürətləndirir. Lakto və bifidobakterilər laktulozanı müxtəlif turşulara (süd, sirkə və qarışqa turşulara) çevirir. Bu turşular isə yoğun bağırsaqda suyu saxlayır , nəticədə nəcis kütləsinin həcmi böyüyür, bağırsaqların hərəkətliyini artırır və bu da öz növbəsində işlədici effekt verir .Laktuloza, xroniki qəbizlik həmçinin qaraciyər ensefalopatiya-sında (qaraciyər koması və prekomatoz vəziyyət), xroniki qaraciyər xəs-təlikləri olan xəstələrdə istifadə olunur.

Göstərişlər:
• Qəbizlik, bağırsaqların fizioloji ritminin normallaşması
• Qastrointestinal,urogenital infeksiyalar
• Antibiotikoterapiyadan sonra bağırsaq mikroflorasının korreksiyası məqsədi ilə
• Tibbi məqsədlə nəcisin yumşaldılması (hemorroidal düyünlər, yoğun bağırsaqda və anal ətrafında aparılan cərrahi əməliyyatlar,cərrahi əməliyyatlardan sonrakı dövr)
• Hiperlipidemiya, Öd kisədə xolesterin daşlarının əmələ gəlməsinin qarşısını almaq üçün
• Hepatorenal sindrom
• Qaraciyər ensefalopatiyası (qaraciyər koması və prekomatoz vəziyyət), xroniki qaraciyər xəstəlikləri

İstifadə qaydası:
Böyüklər 10ml gündə 3 dəfə yemək zaman qaraciyər xəstəlikləri zamanı gündə 3 dəfə 15 - 45 ml arasında (1-3 yemək qaşığı). Uşaqlarda 1 kq bədən çəkisi üçün 0,5 - 1,0 ml (səhər) təyin edilir.

Əks göstəriş:
Hər hansı bir komponentə qarşı hiperhəssaslıq.

Xüsusi qeyd : Hamilələrə və 7 yaşa qədər uşaqlara həkim məsləhəti ilə istifadə olunsun.

Buraxılış forması: 125 ml sirop

İstehsalçı ölkə : “ NPL “FİTOPRODUKT” Ukrayna