info@simmed.azNərimanov r. Əhməd rəcəbli küç 46b
Simmed pharma
Əlaqə nömrəsi+994 (012) 564 95 78
info@simmed.azfacebook

ATIGEN 30 tablet

ATIGEN 30 tablet

Bioloji aktiv qida əlavəsi (xondroprotektor)

Tərkibi:
Hər tabletdə:
Qlükozamin Sulfat---------------750 mq
Xondroitin Sulfat -----------------150 mq
Metilsulfonilmetan (MSM) -----300 mq

Xüsusiyyətləri:
Qlükozamin-sulfat insan orqanizmində sintez olunur, qlükoza və qlütamin turşusunun birləşməsi məhsuludur. Qlükozamin oynaqlarda qığırdağın tamlığının saxlanılmasında əsas rol oynayır. Metabolik çatışmazlıq və ya qocalma prosesi ilə əlaqədar orqanizmdə kifayət qədər qlükozamin sintez edilə bilmir. Bu zaman qığırdağın degenerasiyası müşahidə olunur, bu da osteoartritlər və oynaq ağrılarına gətirib çıxarır. Qlükozamin oynaq xəstəliklərin simptomlarının yüngülləşməsi və onların əmələ gəlməsinin profilaktikası məqsədi ilə istifadə olunur. O, müxtəlif təsir effektlərinə malikdir, qığırdaqların dağılmasının qarşısını alır, iltihabı aradan qaldırır və yeni hüceyrələrin əmələ gəlməsini stimulə edir.
Xondroitin-sulfat qığırdaq toxumasının əsas tərkib hissəsidir. Suyu saxlamaqla qığırdaq toxumasının əmələ gəlməsi və bütövlüyünün saxlanılmasını, oynaqların elastikliyi, davamlığı və hərəkətini təmin edir. Tərkibində qlükuron turşusu vardır ki, bu da oynaq daxilində suyun birləşməsinə, oynaqda hərəkətin plastik olmasına, həmçinin kalsium kationlarının və digər mineralların fiksasiyasına şərait yaradır. Eyni zamanda vətərlər və sümüklərin elastikliyini, möhkəmliyini təmin edir.
Metilsulfanilmetan – kükürdün təbii mənbəyi olub, orqanizmin bütün hüceyrələrində olur. Qlükozamin və xondroitinin biomənimsənilməsini yaxşılaşdırır,birləşdirici toxumanın elastikliyini təmin edir,kollagenin sintezi üçün lazımdır.Oynaq kapsuluna və qığırdaqlara bərpaedici təsir göstərir, sinovial mayenin sintezini normallaşdırır, oynaq səthlərinin sürtünməsinin qarşısını alır.

Göstərişləri:
• Sümük-oynaq aparatının xəstəliklərinin müalicə və profilaktikası:
• Artrit, artroz, poliartritlər
• Osteoxondroz, spondilit
• Oynaqların funksional yüklənməsinin artması (artıq çəki, fiziki yüklənmə)
• Birləşdirici toxuma xəstəlikləri: revmatizm, revmatoid artrit, ürək klapanlarının və bağlarının zədələnməsi
• Bağların və vətərlərin xəstəlikləri (tendinit və tendovaqinitlər)
• Radikulit, onurğa yırtığı
• Sınıq və çıxıqlar
• Dəri xəstəlikləri, saç və dırnaqların kövrəkləşməsi və sınması

Əks göstərişləri:
14 yaşa qədər uşaqlar, hamilə qadınlar və süd verən analar.

İstifadə qaydası:
Gündə 1 və ya 2 tablet qəbul edilir. Müalicə müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılıdır.

Buraxılış forması: Tablet №30

İstehsalçı: A PHARMA SAĞLIK ÜRÜNLERİ A.Ş.Türkiyə.