CADİFEN 100ml sirop

Tərkibi : Bağayarpağı ekstraktı............2,6 g Kəklikotu ekstrakt.................3,9 g
Askorbin turşusu.............3,9 g Qarağat ekstraktı..................2,6 g
Exinaseya ekstraktı...........2,6 g
İstifadəyə dair tövsiyyələr: Ümumi orqanizmdə immun sistemini gücləndirən , mövsümü soyuqdəymə zamanı nəfəs almanı asanlaşdıran, bəlğəmparçalayıcı və bəlğəmgətirici xüsusiyyətlərə malik olan preparatdır.
Bağayarpağı ekstraktı: İltihabəleyhinə və antiseptik təsir göstərir . Bu bitki bronx vəzilərinin sekresiyasını artıraraq bəlğəmin asanlıqla xaric olunmasını təmin edir. Kəskin və xroniki laringit, bronxit , bronxial astma və s ağciyər xəstəliklərində istifadə olunur .
Exinaseya ekstraktı: immunomodulyator ,antibakterial, antivirus və iltihabəleyhinə təsir göstərir. Dezintoksikasiyon və analgetik xüsusiyyətlərə də malikdir.Qeyri-spesifik müqaviməti artırır, makrofagları və qranulositləri aktivləşdirir, faqositozu gücləndirir. Sitokinlərin sərbəst buraxılması immuno-kompetent hüceyrələrin yayılmasına və stimullaşdırılmasına səbəb olur. Bədənin virus, bakteriya və göbələk infeksiyalarına qarşı müqavimətini artırır.
Qarağat ekstraktı: tərkibi çox miqdarda C vitamini, şəkər (qlükoza və fruktoza),flavonoidlər, antosiyaninlər ilə zəngindir. Sərbəst radikalların təsirini neytrallaşdırır, kollagen istehsalını stimullaşdırır və iltihab əleyhinə və bərpaedici təsir göstərir.
Kəklikotu ekstraktı: dezinfeksiyaedici, bəlğəmgətirici, iltihabəleyhinə və s. təsirə malikdir. Kəklikotu ekstraktı biloloji aktiv maddələrlə zəngindir, tərkibində acı və taninlər, triterpenoidlər,flavonoidlər, üzvi turşular, efir yağı, vitaminlər (A, B1, B2, PP, B5, B6, B9, C), mikroelementlər(kalium, kalsium, maqnezium, natrium, fosfor, dəmir, manqan, mis, selen, sink) var. Kəklikotu ekstraktı: yuxarı tənəffüs yollarının, bronxit və sətəlcəmin müalicəsi üçün istifadə olunur. Nəfəs yollarında yığılan bəlğəmi durulaşdırır və onun çıxmasını asanlaşdırır. Quru öskürək zamanı sinə ağrısını götürür. Vitamin C orqanizmin maddələr mübadiləsinin bir çox kimyəvi proseslərində iştirak edir. Askorbin turşusu qan yaranmasına təsir göstərir,güclü antioksidantdır.
Göstərişlər:
• KRX və KRVİ (müxtəlif mənşəli quru və yaş öskürək )
• Kataral və irinli otit, sinusit, o cümlədən, qaymorit,
• Bronxit, laringin (kəskin və xroniki forma pnevmoniya)
• Yuxarı və aşağı tənəffüs yolları infeksiyaları (Larinqotraxeit, faringit Bronxial astma, ağciyər atelektazı (bronxial selik tıxanma səbəbiylə)
• Post-travmatik və əməliyyatdan sonra şəraitdə tənəffüs yollarının özlü sekresiyasının aradan qaldırılması.
-İstifadə qaydası :Uşaqlar: 2-7yaş 2,5ml gündə 2dəfə yeməkdən 30dəq əvvəl, 7-12 yaş 5ml gündə 2dəfə yeməkdən 30dəq əvvəl, 12yaşdan yuxarı 10ml gündə 2dəfə yeməkdən 30dəq əvvəl
Əks göstərişlər:
Hər hansı bir komponentə qarşı hiperhəssaslıq, 2 yaşına qədər uşaqlar, Laktasiya dövrü
Buraxılış forması: 100 ml sirop
İstehsalçı ölkə : “APHARMA SAĞLIK ÜRÜNLƏRİ ”A.Ş, Türkiyə.