ENZIMAX sirop 120 ml

Həzm ferment kompleksi
Tərkibi:
Papaya şirəsi..................................................................................600mq
Razyana ekstraktı.............................................................................85mq
Enzim qarışığı (proteaza, amilaza,lipaza, laktaza, sellülaza) ...........60mq
Bromelain............................................................................................25mq
Papain.................................................................................................25mq
Xüsusiyyətləri:
Papaya şirəsi С, D, В1, В2, В5 vitaminləri və K, P, Fe, Ca, Na minerallari ilə zəngindir. Həmçinin qurdqovucu təsirə də malikdir. Tərkibindəki Papain bitki mənşəli proteolitik fermentdir – zülalların və qlüko-proteidlərin həzmində iştirak edir.
Bromelain bitki mənşəli (ananas şirəsindən əldə edilib) proteolitik enzim olub zülalların parçalanmasında iştirak edir. Geniş Ph diapazonuna malikdir (tripsindən fərqli olaraq). Şərti patogen mikrofloranin artıb çoxal-masının qarşısını alır.
Razyana ekstraktı spazmolitik xüsussiyyətə malik olub mədə bağırsaq spazmını aradan qaldırır, meteorizm zamanı qazqovucu təsir göstərir.
Sellülaza sellülozanın; laktaza süd məhsullarının tərkibindəki laktozanin qlükoza və qalaktozaya qədər parçalayıb mənimsənilməsini yaxşılaşdırır.
ENZIMAX kombinəşəkili preparat olub mədə-bağırsaq həzmini yaxşılaşdırır, bağırsaqlardan qidalı maddələrin sorulmasını asanlaşdırır bağırsaqdaxili qazların fizioloji miqdarını, qıcqırma-çürümə proseslərini tənzimləyərək köpün qarşısını alır. ENZIMAX xüsusi fermentlərlə zəngin olduğu üçün bitki qidasının və süd məhsullarının mənimsənilməsində əhəmiyyətlidir. Tərkibindəki həm bitki, həm heyvani mənşəli fermentlər (amilaza, lipaza, proteaza) qəbul olunan zülal, yağ, karbohidrat qidasının tam həzmini təmin edərək uzun və qısamüddətli həzm pozulmasının əlamətlərini , mədəaltı vəzinin funksional zəifliyini aradan qaldırır. Papain və bromelain isə mədə- bağırsağı, qaraciyəri toksiki maddələrdən təmizləyir, həm də selikli qişaya iltihabəleyhi təsir göstərir.
Göstərişlər:
-Öd-qaraciyər və mədəaltı vəzi funksiyasının çatışmazlığı
-Mədə-bağırsaq motorikasının pozulması
-Xroniki qastrit
-Enterokolit
-Müxtəlif helminztozlar
-Maldigestiya (qida maddələrinin həzminin pozulması)
-Dispepsiya
-Körpə kolikləri
-Meteorizm
-Bağırsaq infeksiyası (kompleks müalicə)
İstifadə qaydası:
Yaş Doza Qəbul qaydası
0-3 yaş 2,5 ml gündə 3dəfə
3-6 yaş 5 ml gündə 3 dəfə
6-12 yaş 7,5 ml gündə 3 dəfə
12 yaş yuxarı və böyüklər 10 ml gündə 3-4 dəfə
ENZIMAX yeməkdən əvvəl qəbul edilir.
İstifadədən öncə flakon çalxalanmalıdır.
Əks göstərişləri:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq
Buraxılış forması:
Sirop 120 ml
İstehsalçı:
ValueMED Pharma Srl, Italiya.