info@simmed.azNərimanov r. Əhməd rəcəbli küç 46b
Simmed pharma
Əlaqə nömrəsi+994 (012) 564 95 78
info@simmed.azfacebook

AQUASİM 25 ml sprey

AQUASİM 25 ml sprey

Tərkibi:
Qliserin və bor turşusu ilə zənginləşdirilmiş hipertonik dəniz suyu
Tərkibində konservant və itələyici qaz yoxdur.

Xüsusiyyətləri:
Mineral duzlarla və mikroelementlərlə zəngin dəniz suyu burun yollarının təmizlənməsi və yuyulması üçün istifadə olunur. Burnun qurumuş selikli qişasını nəmləndirir və hidratlaşdırır. Yüksək duzluluğu səbəbi ilə antiseptik təsir göstərək patogen mikroorqanizmləri məhv edir. Burun yollarında ödemi götürür, nəfəs almanı yaxşılaşdırır, qoruyucu qat yaradaraq qıcıqlanmanı və asqırmanı azaldır. İmmunqlobulinlərin o cümlədən, makrofaqların və digər faqositar hüceyrələrin burun boşluğuna miqrasiyasını sürətləndirərək, yerli immuniteti artırır. Burun selikli qişası mayesinin özlülüyünü (qatılığını) azaldır, tıxacları yumşaldır.
Qliserin nəmləndirici təsir göstərərək selikli qişanın tamlığını bərpa edir, qıcıqlanmanı götürür və nəfəs almanı rahatlaşdırır. Burunda quruluğu aradan qaldırır, selikli qişa biosenozunun bərpasına yardım edir.
Bor turşusu epitel toxumasının daha dərin qatlarına nüfuz edərək güclü antiseptik və iltihabəleyhinə təsir göstərir. O qaşınma və qıcıqlanmanı aradan qaldırır, ödemi götürür, sağalma prosesini sürətləndirir. Bu baxımdan müxtəlif infeksiyaların yaratdığı iltihab zamanı yüksək effektə malik komponentdir.
AQUASİM burun spreyi asılılıq yaratmadığı üçün burun boşluğu problemləri zamanı daha təhlükəsiz istifadə imkanlarına malikdir.

Göstərişləri:
• Burun və burunətrafı ciblərin, sinusların infeksion iltihabi xəstəlikləri
• Allergik rinitlər
• Burun tutqunluğu, burun tıxaclarının aradan qaldırılması
• Burunun selikli qişasının nəmləndirilməsi
• Cərrahi əməliyyatdan əvvəl və sonra burun yollarının yuyulması
• Ekstremal şəraitlərdə burun yollarının qorunması (yüksək tozluluq, isti hava, kondisoner və s.)

İstifadə qaydası:
0 - 12 yaş gündə 2 - 5 dəfə hər burun dəliyinə 1 və ya 2 püskürtmə
12 yaşdan yuxarı uşaqlar və böyüklərdə: gündə 4 - 8 dəfə hər burun dəliyinə 3 və ya 5 püskürtmə istifadə olunur.

Əks göstərişləri:
Preparatın komponentlərinə qarşı həssaslıq.

Əlavə təsirləri:
Əlavə təsirləri qeydə alınmayıb.

Hamiləlik və laktasiya zamanı istifadəsi:
Hamiləlik və laktasiya dövründə istifadəsinin zərərləri barədə hər hansı hal müşahidə olunmamışdır.

Saxlanma şəraiti:
25 C-dən aşağı olmayan, normal otaq temperaturunda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Buraxılış forması
AQUASİM burun spreyi, 25 ml flakonda.

İstehsalçı:
“APHARMA SAĞLIK ÜRÜNLƏRİ ”A.Ş, Türkiyə.