POMAS Sprey 30 ml

Təbii antiseptik oral sprey
Tərkibi:
Flavonoidlər………………………………………………......................30 mq
Qreyfrut toxumlarının (hidroqliserində) ekstraktı….....10mq
Astraqal kökünün ekstraktı (16% polisaxarid)……….......3,75mq
Adaçayının yarpaqlarının quru ekstraktı……………...........3,75mq
Kəklikotu ekstraktı………………………………..….….….................2mq
Evkalipt yarpaqlarının essensial yağı…………………...........1,77mq
Nanə yarpaqlarının essensial yağı …………………..............1,12 mq
Vit B6……………………………………………………...........................0,28mq
Propolis…………………………………………………….......................30 mq
Qalanqin(2,5%)………………………………………........................0,75mq
Bal ...........................................................................................405 mq
Xüsusiyyətləri:
Pomas boğaz spreyi yuxarı tənəffüs yollarının infeksion xəstəliklərində müalicəvi və profilaktik məqsədlə istifadə olunur.
Qreyfrut toxumunun ekstraktı immuniteti gücləndirməklə yanaşı, normal mikrofloraya təsir göstərməyən effektiv antibakterial vasitədir. Həmçinin, virus əleyhinə, göbələk əleyhinə təsirə malikdir. Yerli qan dövranını yaxşılaşdırır.
Astraqal kökü immun sistemin effektiv stimulyatorudur, fiziki aktivliyi yüksəldir. İmmuniteti gücləndirir.
Adaçayı Dezinfeksiyaedici, iltihabəleyhinə, ağrıkəsici, büzücü təsirlərə malikdir. Stomatitlərdə, anginada, diş əti qanaxmalarda sağaldıcı vasitə kimi istifadə edilir.
Kəklikotu dezinfeksiyaedici, büzücü, bəlğəmgətirici, iltihabəleyhinə və s. təsirə malikdir.
Evkalipt yarpaqlarının efir yağları iltihabəleyhinə, antibakterial təsirlərə malikdir. Ağrını və temperaturu azaldır. Selikli qişa reseptorlarına qıcıqlandırıcı təsir göstərir, yerli iltihabəleyhinə və antiseptik xüsusiyyətlərə malikdir.
Nanə yarpaqlarının efir yağları yerli damardaraldıcı, ltihabəleyhinə və analqeziyaedici təsirə malikdir. Ürəkbulanmanı, qaytarma hissini azaldır.
Propolis immunostimulyator, yerli analgetik və təbii antibiotik təsirlərə malikdir.Tərkibindəki qalanqin bakteriostatik, funqisid, dezinfeksiyaedici təsirə malikdir.
Bal yumşaldıcı və antiseptik təsirə malikdir, immunostimulyatordur. Boğazı sanasiya edir.
İstifadəsinə göstərişlər:
-LOR orqanların infeksion xəstəliklərində (farinqit,larinqit,tonzilit)
-Müxtəlif mənşəli stomatitlər (virus,göbələk və bakteriya)
-Aftoz stomatitlər
-Xoralı stomatitlər
-Cərrahi əməliyyatlardan əvvəl və sonra
İstifadə qaydası və dozası:
2 püskürmədən gündə 2-3 dəfə ağız boşluğuna püskürməli.
Buraxılış forması:
Pomas, boğaz üçün 30 ml-lik sprey. Tərkibinə spirt və qlütein daxil deyildir.
İstehsalçı:
“APHARMA SAĞLIK ÜRÜNLƏRİ ”A.Ş, Türkiyə.