BİAZORA 20 kapsul

BIAZORA
İstifadə üçün təlimat
Tərkibi(Hər 1 kapsulda):
Lactobacillus Acidophilus…………..1milyard
Lactoplantarum……………..…..….0,5milyard
Bifidobacterium Bifidum……….……1 milyard
Streptococcus Thermophilus …....0,5 milyard
Lactobacillus Rhamnosus (GG)… 0,5milyard
Bifidobacterium İnfantis ………...0,5 milyard
Lactobacillus Bulgaricus…….......0,25milyard
Zinc Sulphate Monohydrate….…....13,7 mq
Bifidobacterium Breve………….…0,5milyard
İnulin…………………………………. 150 mq
Xüsusiyyətləri:
BİAZORA - kombinə olunmuş simbiotik preparat olub, bağırsaq mikroflorasının bərpasını və inkişafını təmin edir.
Laktobakteriyalar və bifidobakteriyalar - qram-müsbət anaerob mikroorqanizmlər olub, bağırsağın normal mikroflorasının 90 %-ni təşkil edir. Bağırsaq mikroflorası immun sistemin inkişafı və tam formalaşması, həzm prosesinin normal getməsi üçün əhəmiyyətlidir. Bifido- və laktobakteriyalar orqanizmi patogen və şərti-patogen mikroorqanizmlərdən qoruyur və bunu müxtəlif yollarla həyata keçirir. Belə ki, bifido- və laktobakteriyalar öz divarında olan qlikolipidlər hesabına bağırsağın selikli qişası üzərində qoruyucu örtük əmələ gətirirlər. Bağırsaqların dezinfeksiyasını təmin edən H2O2-nin sintezində iştirak edirlər. Bu bakteriyalar qısa zəncirli yağ turşuları və süd turşusu sintez etməklə bağırsaq pH-nı azaldır, patogen və şərti-patogen flora üçün əlverişsiz şərait yaradırlar. Laktobakteriyalar bifidobakteriyalar ilə birlikdə rotaviruslara və hemolitik bağırsaq çöplərinə qarşı daha güclü təsir göstərirlər.
Bağırsaq mikroflorasının funksiyalarından biri də B qrupu vitaminlərini sintez etməkdir. Ona görə də disbakterioz zamanı bu vitaminlərin defisiti yaranır, həmçinin digər vitamin və mineralların sorulması pozulur. Fol turşusu və B12 vitamini qanyaranmanı və sinir sisteminin funksiyasını stimulə edir. C vitamini və sink antioksidant olub, bağırsaq infeksiyaları zamanı immuniteti gücləndirir.
Preparatın tərkibindəki ştammlar antibiotiklərə tolerant olduğu üçün antibiotiklərdən sonra qəbul etdikdə onların yan təsirlərini aradan qaldırır. Preparatın tərkibində laktoza və qlüten yoxdur, ona görə də allergik reaksiya törətmir, əksinə allergik xəstəliklərin profilaktika və müalicəsində tətbiq olunur.
İnulin – prebiotik olub, bağırsaq mikroflorasının qida substratıdır. Bağırsaq mikroflorası tərəfindən enerji kimi istifadə olunaraq, onların inkişafını və aktivliyini təmin edir.
Sink bağırsaqlarda su-elektrolit balansını bərpa edərək diareyanın qarşısını alır. Bu xüsusiyyətinə görə ÜST tərəfindən bağırsaq infeksiyaları və digər səbəblərdən baş verən diareyaların müalicəsi məqsədilə tövsiyə olunur.
Göstərişlər:
• Müxtəlif mənşəli disbakterioz
• Antibakterial preparatlarla müalicə zamanı
• Mədə-bağırsaq traktının xroniki xəstəlikləri
• Həzm pozğunluqları (ishal, qəbizlik, meteorizm)
• Keyserlə doğulmuş, süni və qarışıq qidalanan uşaqlar
• Kəskin bağırsaq infeksiyaları
• Qurd invaziyaları
• İmmunodefisit vəziyyətlər
• Allergik diatezlər
Qəbul qaydası:
• 0-3 yaş: 1kapsul gündə 1dəfə, 3-6yaş: 1kapsul gündə 2dəfə, 6-12 yaş: 1kapsul gündə 2-3dəfə, 12 yaşdan böyüklərdə: 1kapsul gündə 3dəfəyeməkdən əvvəl və ya yemək vaxtı daxilə qəbul edilir.
Əks göstərişlər:
Preparatın hər hansı komponentinə həssaslıq
Buraxılış forması:
Kapsul №20
İstehsalçı:
“APHARMA SAĞLIK ÜRÜNLƏRİ ”A.Ş, Türkiyə