info@simmed.azNərimanov r. Əhməd rəcəbli küç 46b
Simmed pharma
Əlaqə nömrəsi+994 (012) 564 95 78
info@simmed.azfacebook

BESTBERRY 20 kapsul

BESTBERRY 20 kapsul

Tərkibi:
Quşüzümü qurudulmuş ekstraktı.....200 mq
Kalium bikarbonat...........................200 mq
Ayıqulağı ekstraktı..........................50 mq
D-mannosa.....................................500 mq
Vitamin C........................................120 mq
Bromelayin.......................................20 mq
L.Acidophilus..................................0.75 mld
İnqredientlər: mikrokristallik selluloza, proantosianidlər, kalium bikarbonat, vitamin C, D-mannosa, ayıqulağı ekstraktı, arbutin, kolloid silisium, maqnezium stearat

Xüsusiyyətləri:
Preparatın təsiri tərkibində olan bitkilərin sinergist təsiri ilə izah olunur.
Quşüzümu ekstraktı sidik ifrazat sisteminin bir çox xəstəliklərinin müalicəsində istifadə olunur. Sonuncu tədqiqatlar göstərir ki,quşüzümünün tərkibində olan xüsusi maddələr bakteriyalarla sidik yolları və sidik kisəsi hüceyrələri ilə kontaktın qarşısını alır. Quşüzümü sidiyin turşuluğunu artıraraq bakteriyalarla mübarizədə kömək edir. Tərkibində olan proantosianidlər sayəsində quşüzümü bakteriyaların sidik çıxarıcı yolların daxili səthinə nüfuz etməsinin qarşısını alır və beləliklə də patogenlər sidiklə yuyulub orqanizmdən çıxarılır. Uroloji xəstəliklərin əsas səbəbkarı olan E.Coli-yə qarşı xüsusi aktivdir. Ayıqulağı ektrakstı iltihabəleyhinə, dezinfeksiyaedici və büzücü xüsusiyyəti sayəsində sistitlərin müalicəsində öz yerini tutub. Tərkibində olan arbutin maddəsi mikrob əleyhinə təsir göstərərək mikoplazmaların inkişafını dayandırır. Diurezi artıraraq Na və Cl ionlarını orqanizmdən çıxarır. Başqa bitkilərlə kombinasiyada prostat vəzin adenoması zamanı yüksək müalicəvi effekt verir. D-mannosa E.Coli bakteriyalarının böyrək və sidik ifrazat sistemi orqanlarının divarına fiksasiya olunmasının qarşısını alır. Nəticədə bakteriyalar sidiklə yuyulub çıxarılır. Uroloji infeksiyalarda antibiotiklərə təbii alternativ hesab olunur. Həmçinin orqanizmin normal mikroflorasını pozmur.
Bitkilərin tərkibində olan efir yağları və digər komponentlər iltihabi prosesin yaranmasında iştirak edən lipooksigenaza fermentinin, həmçinin leykotrienlərin sintezini inhibə edir.
Bromelayn-Aterogen lipopreoteinlerin (orqanizm üçün ziyanlı olan ASLP)qaraciyərdə metabolizmə uğramasını sürətləndirir və aterosklerozun qarşısını alır. C-vitamini-askorbin turşusu vitaminlərin ən geniş yayılmış forması olub, orqanizmin maddələr mübadiləsinin bir çox kimyəvi proseslərində iştirak edir. Askorbin turşusu oksidləşmə-reduksiya reaksiyalarında, amin turşularının mübadiləsində iştirak edir. O, hormonların sintezində, sümük və qığırdaq toxumasının əmələ gəlməsində, yaraların sağalmasında zəruri maddədir.
BestBerry sidikdə kalsiumun, hidroksiprolinin və oksalat turşusunun miqdarını azaldaraq daşların əmələ gəlməsini ləngidir, daşların yumşalmasına və onların demineralizasiyasına səbəb olur. Sidik traktı əzələlərinin tonusunu azaldaraq daşların xaric olmasını rahatlaşdırır.

İstifadəsinə göstərişlər:
 Sistit, Uretrit, Pielonefrit, Nefrit, Nefrolitiaz
 Kristalluriya (sidik turşulu diatez)
 Urolitiaz
 Böyrək daşı xəstəliyinin profilaktikası, əməliyyatdan sonrakı dövr
 Prostatit (kompleks müalicə), Prostat vəzin xoşxassəli hiperplaziyası (adenoma);
 Diabetik nefropatiya
 Hamiləlik zamanı sidik yollarının infeksiyası
 Zöhrəvi xəstəliklərin kompleks müalicəsi
 Böyrək mənşəli hipertenziya

Əks göstərişləri:
Preparatın tərkibinə qarşı hiperhəssaslıq, 18 yaşa qədər uşaqlar

İstifadə qaydası:
Müalicə məqsədi ilə preparat gündə 2 dəfə, profilaktika məqsədi ilə isə preparat gündə 1 dəfə qəbul olunur.

Buraxılış forması:
Kapsul №20

İstehsalçı: “APHARMA SAĞLIK ÜRÜNLƏRİ ”A.Ş, Türkiyə.