info@simmed.azNərimanov r. Əhməd rəcəbli küç 46b
Simmed pharma
Əlaqə nömrəsi+994 (012) 564 95 78
info@simmed.azfacebook

ATIGEN Jel 100 ml

ATIGEN Jel 100 ml

ATIGEN Jel 100 ml

ATİGEN Jel 100ml
Xaricə istifadə üçün məlhəm

Tərkibi:
Aktiv maddələr: Metilsulfanilmetan, Qlükozamin sulfat, Xondroitin Sulfat, Petrolatum, Nanə yağı, Evkalipt yarpağlarının yağı, Adi razyana yağı.
Köməkçi maddələr: Su, Arı mumu, Qliseril stearat, Setearil spirti (Ceteareth-12,Ceteareth-20), Lanolin, Metil Hidroksibenzoat, Portağal qabığı yağı, Propil Hidroksibenzoat.

Xüsusiyyətləri
ATİGEN məlhəm bir neçə təsirə malikdir: osteoartrozun və osteoxondrozun inkişafını ləngidir; ağrıkəsici təsir göstərir; iltihabəleyhinə təsirə malikdir; oynaq qığırdağının bərpasını stimullaşdırır; oynaqların hərəkətliliyini yaxşılaşdırır; oynaqların şişkinliyini azaldır.
Gelin komponentlərinin optimal uyğunluğu sayəsində ağrıkəsici və iltihabəleyhinə təsirlərin qarşılıqlı güclənməsi qeyd olunur. ATİGEN preparatının tətbiqi qəbul edilən qeyri-steroid iltihabəleyhinə preparatların dozasını azaltmağa imkan yaradır. ATİGEN-in tərkibində aktiv komponentlər qığırdaq toxumasında fosfor-kalsium mübadiləsini yaxşılaşdırır; qığırdaq toxumasını dağıdan fermentlərin aktivliyini azaldır; qığırdaq toxumasının degenerasiya (dağılma) proseslərini dayandırır; qlükozaminoqlikanların sintezini stimullaşdırır; birləşdirici toxumanın kollapsına mane olur. Bu, zədələnmiş oynaqlarda ağrının azalmasına və onların hərəkətliliyinin artmasına səbəb olur.

Göstərişləri:
• Oynaq,əzələ və boyun ağrıları;
• Oynaq və qığırdaq toxumasının degenerativ-distrofik xəstəlikləri: osteoartroz, osteoxondroz, artrit;
• Lyumbaqo,miozit,fərqli növ revmatik ağrılar;
• Sınıq, dartılma, burxulma, çıxıqlar və digər qapalı travmalardan sonrakı bərpa dövründə.

Dozalanması və istifadə qaydası:
Gərəkli nahiyəyə gündə bir neçə dəfə dairəvi hərəkətlərlə sürtülür. Arzu edilən nəticəni almaq üçün gündə 2-3 dəfə istifadə olunması tövsiyə olunur.

Əks göstərişləri:
Tərkibindəki hər hansı komponentə qarşı fərdi həssaslıq. Preparatın çəkildiyi yerdə dəri səthinin zədələnməsi.

Xəbərdarlıq:
Yalnız xaricə istifadə olunur
Uşaqların əli çatmayan yerdə saxlanılmalıdır
Gözlə təmasda olmamalıdır
Açıq yara nahiyəsinə istifadə etmək olmaz

Buraxılış forması:
Atigen Jel, həcmi 100 ml olan tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

İstehsalçı:
“APHARMA SAĞLIK ÜRÜNLƏRİ ”A.Ş, Türkiyə.