info@simmed.azNərimanov r. Əhməd rəcəbli küç 46b
Simmed pharma
Əlaqə nömrəsi+994 (012) 564 95 78
info@simmed.azfacebook

MEGASIM şərbət 125 ml

MEGASIM şərbət 125 ml

Tərkibi :
Hər 5 ml-də şərbətin tərkibindəki aktiv maddələr:
Balıq yağı (Fish oil)- 750 mg,
Toplam Omeqa3-300 mg,
EPA-135mg,
DHA-180mg.

Köməkçi maddələr:
Deionised Water,Sugar,Glycerine,Polysorbate-80,XanthanGum,Orange Flavor,Sodium Benzoate,Potassium sorbate,BHT,Sucralose.(Distirləolunmuş su,şəkər, qliserin, polisorbat-80 ,portağal dadlandırıcı, Xantham Gum, natrium benzoat,BHT,calium sorbet, sukraloza,.

Xüsusiyyətləri:
Megasim şərbət, rahat istifadə edilən bioloji fəallığa malik qida əlavəsi (BFMƏQƏ) olub, tərkibində olan balıq yağı soyuq sularda yaşayan balıqların gövdəsindən alınır. Megasim şərbət tərkibindəki saf balıq yağı əsasında orqanizmi doymamış yağ turşuları olan Omeqa 3, eykozapentaen və dokozaheksaen ilə təmin edir.Bu maddələr hüceyrə membranlarının struktur komponentləri olub, orqanizmdə mühüm rol oynayır.Omeqa 3, DHA və EPA insan orqanizmində sintez olunmurlar və biz onları yalnız qida vasitəsilə qəbul edirik.Bu yağ turşuları sinir keçiriliciyində, neyronların mielin qişasının sintezində, immunitetin artmasında, qan-damar sisteminin inkişafında, beynin koqnitiv funksiyalarının yaxşılaşmasında, uşaqlarda görmə itiliyi və rəngli funksiyalarının təkmilləşməsində əvəzolunmaz rol oynayır.

MEGASIM şərbətin:
• Uşaqların əqli və fiziki yüklənmə dövrü;
• Yaddaş və qavrama qabiliyyətinin zəifləməsi;
• Diqqət defisiti və hiperaktivlik sindromu;
• Göz xəstəlikləri və profilaktikası;
• Allergik xəstəliklər;
• İmmuniteti gücləndirmək məqsədilə;
• Gecə enurezi zamanı Omeqa 3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan bioliji fəallığa malik qida əlavəsi (BFMQƏ) olaraq istifadə olunması məsləhət görülür.
Məsləhət görülən gündəlik doza: 1,5-4 yaş arası uşaqlar üçün 2,5 ml gün ərzində 2 dəfə; 4-14 yaş arası uşaqlar üçün 5 ml gün ərzində 2 dəfə qəbul edilir;

İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL FLAKON ÇALXALANMALIDIR.

Qəbul forması : Peroral

Əks göstərişlər:
Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı həssaslıq.

Əlavə təsirlər:
Müşahidə olunmayıb

Buraxılış forması: Şərbət

Qablaşdırma forması: 125 ml şüşə flakonda №1, karton qutu qablaşmada.
Bioliji fəallığa malik qida əlavəsidir(BFMQƏ)

Xəbərdarlıq:. Uşaqların əli çatmayan yerdə saxlayın.Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Saxlanma şəraiti: 25•C-dən yüksək olmayan temperaturda, sərin, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

İstehsalçı:
“APHARMA SAĞLIK ÜRÜNLƏRİ ”A.Ş, Türkiyə.