D NOVA sirop 150 ml

Tərkibi:
Hər 10 ml-də:
Kalsium sitrat - 400 mq
Maqnezium hidroksid - 120 mq
Sink sulfat –6 mq
Vitamin D3 (xolekalsiferol) –3 mkq
Xüsusiyyətləri:
D NOVA-nın tərkibindəki kalsium ən asan mənimsənilən və ən təhlükəsiz formada - sitrat formasındadır.Kalsium orqanizmdə sümük toxumasının qurulmasında, sümüklərin və dişlərin mineralizasiyasında, sinir impulslarının ötürülməsində, sinir sistemi, əzələ sistemi, dayaq –hərəkət sistemi, hüceyrə membranı və kapilyar keçiriciliyi üçün əsas element hesab olunur O, sümüklərin normal böyüməsini və inkişafını təmin edir, diş emalı və dentinin formalaşmasında iştirak edir.
Maqnezium kalsiumun endogen metabolizmində iştirak edir, böyrəklərdə kalsiumun reabsorbsiyasını artırır və kalsium mənşəli böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır. Sinir sisteminin oyanıqlığını azaldır, ürək əzələsinin fəaliyyətini və qanla təchiz olunmasını normallaşdırır, kalsiumun sümük toxumasına yığılmasını sürətləndirir. Spazmolitik, antiseptik və damargenişləndirici təsirə malikdir. Həyatın ilk illərində maqnezium defisiti vitamin D-nin müalicəsinə tabe olmayan raxitə gətirib çıxarır. Bu hallarda vitamin D-ni maqnezium duzları ilə kompleks müalicədə təyin edirlər.
Sink sümüklərdə regenerasiya proseslərini stimulyasiya edir. Kalsium ilə sinergist təsir göstərərək osteositlərin metabolizmini yaxşılaşdırır. Sink 200-ə qədər fermentin əmələ gəlməsi və normal fəaliyyətində iştirak edir. Gözün torlu qişasında retinolun bərpası prosesində sinkin rolu böyükdür.
Vitamin D3 orqanizmin sərt toxumaları tərəfindən kalsiumun mənimsənilməsini təmin edir. Həmçinin osteoblastlarda DNT sintezini sürətləndirməklə sümük hüceyrələrinin miqdarını artırır. Vitamin D3 kalsiumun bağırsaqdan sorulmasında, həm də orqanizmdə toplanmasına kömək edir. Vitamin D3 həm də fosforun orqanizmdə toplanmasında fəal iştirak edir, həmçinin maqnezium və sinkin sorulmasını artırır.
Göstərişləri:
- Raxit xəstəliyinin müalicə və profilaktikası
- Spazmofiliya
- Hipoparatireoz
- Osteoatrofiya,osteoporozun profilaktikası
- Uşaqların intensiv böyümə zamanı
- Fiziki və əqli gərginliklər zamanı
- Sınıqların tez sağalması məqsədilə
- Kalsium və D vitamininin sorulmasının azalması (malabsorbsiya sindromu, enteropatiyalar, pankreatit)
- Fenobarbital, antibiotiklər, diuretiklərin uzunmüddətli qəbulu zamanı
-Hamiləlik və laktasiya dövründə profilaktik məqsədlə.
Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı allergik reaksiyalar, hiperkalsiemiya, hipervitaminoz D
Dozalanma və qəbul qaydası:
Preparat yeməkdən əvvəl qəbul olunur.
1 -7 yaş–5 ml gündə 2 dəfə
7-12 yaş –10 ml gündə 2 dəfə
12 yaşdan yuxarı –15 ml gündə 3 dəfə
İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır.
Buraxılış forması:
D NOVA sirop, 150 ml flakon
İstehsalçı:
“APHARMA SAĞLIK ÜRÜNLƏRİ ”A.Ş, Türkiyə.